Bakıda beynəlxalq konfrans keçirilir – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda beynəlxalq konfrans keçirilir – FOTO – YENİLƏNİB

16:55 - 06 / 07 / 2018
Bakıda beynəlxalq konfrans keçirilir – FOTO – YENİLƏNİB

İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Fərhad Abdullayev məktuba görə Prezident İlham Əliyevə Məhkəmənin kollektivi adından dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Konstitusiya Məhkəməsinin işinə dövlətimizin başçısının verdiyi bu yüksək qiymət Məhkəmənin kollektivi üçün çox böyük qiymət və etimaddır.

Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətinə dair geniş məruzə ilə çıxış edən Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması ölkəmizdə Konstitusiyanın aliliyinin təmin olunması, demokratik proseslərin daha əsaslı gedişatı yolunda mühüm addım olub. Konstitusiya Məhkəməsi yarandığı ilk gündən ötən 20 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına imkan verən qərarlarla qısa müddətdə ictimaiyyətin etimadını qazanmağa çalışıb.

Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi heç bir miras almadan öz fəaliyyətini ağ vərəqdən başlayıb. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilməz 372 qərardan 345-i birbaşa insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə yönəlib. Azərbaycanın hüquq sistemində Konstitusiya şikayəti institutunun yaradılması ulu öndər Heydər Əliyevin mütərəqqi və müdrik təşəbbüsü ilə bağlıdır. 2002-ci ildə keçirilmiş referendum nəticəsində Əsas Qanuna edilmiş əlavə və dəyişiklərlə bir sıra demokratik yeniliklərlə yanaşı, insan hüquqları üzrə müvəkkil (ombudsman), məhkəmələr və sadə şəxslər, o cümlədən xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı əldə ediblər.

Fərhad Abdullayev bildirib ki, məhkəmə-hüquq təcrübəsinə, beynəlxalq hüquq normalarına, habelə insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin formalaşmasında hər zaman xüsusi önəm verilib. Bu gün hüquq sistemində özünəməxsus yer tutan Konstitusiya ədalət mühakiməsi orqanı müasir dünyada cərəyan edən proseslərin iştirakçısına çevrilərək digər dövlət orqanlarının üzləşdiyi çağırışlarla qarşılaşırlar. Qloballaşma, regional inteqrasiya prosesləri, beynəlxalq və milli hüquq qaydaları arasında qarşılıqlı əlaqə və uyğunsuzluq Konstitusiya ədliyyəsindən də yan keçməyib.

Diqqətə çatdırılıb ki, bu gün Konstitusiya məhkəmələrinə cəmiyyətin inam və etimadını doğrultmağa çalışan, düşünülmüş və əsaslandırılmış qərarlar qəbul edən, Konstitusiyanın aliliyi, insan və dövlətin maraqlarının konstitusion balanslarını təmin edən əsas qanunun qoruyucusu rolu məxsusdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə milli konstitusiya ədliyyəsinin təməlini qoyaraq ölkəmizdə qanunçuluğun təmin edilməsi işinə töhfə verməkdədir. Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin mühüm orqanına çevrilərək, məhkəmə hakimiyyəti sistemində öz layiqli yerini tutub, fəaliyyət göstərdiyi dövrdə hüququn bir çox sahələrində xüsusi əhəmiyyət daşıyan qərarlar qəbul edib.

Müasir dünyanın sürətlə inkişaf etdiyini, cəmiyyətin həyatına yeni amillərin daxil olduğunu vurğulayan Fərhad Abdullayev qeyd edib ki, nəticədə hüquq sahəsində tənzimlənməsi tələb olunan yeni sahələr yaranır, iqtisadiyyatın, cəmiyyətin və dövlətin idarə edilməsində ən yeni texnologiyalardan, süni intellektdən fəal istifadə edilməsi dövrü artıq başlanıb. Bütün bu yeniliklər digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq fəaliyyətinə də təsir edir. Məhkəmə özlüyündə cəmiyyətin inkişafından kənarda qala bilməz. Konstitusiya nəzarəti orqanları yaranan çağırışlara cavab verə bilən səmərəli təsisatlardan biri kimi çıxış edə bilər.

Konstitusiya Məhkəməsinin sədri çıxışını yekunlaşdıraraq deyib: “İnanıram ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demokratik-hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların səmərəli müdafiəsi istiqamətində qarşıya qoyduğu öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcək”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanda Konstitusiya nəzarəti institutunun yaradılmasının demokratiyanın inkişafı istiqamətində irəli atılmış çox mühüm addım olduğunu vurğulayıb.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılması və qəbulu prosesi barədə məlumat verən Ziyafət Əsgərov deyib ki, Konstitusiya Məhkəməsinin yaradılmasına hüquqi dövlət, sosial dövlət və vətəndaş cəmiyyəti aspektindən baxılmalıdır. Çünki Konstitusiya nəzarəti o vaxt daha səmərəli fəaliyyət göstərir ki, hər üç komponent cəmiyyətdə mövcud olsun. Azərbaycan Konstitusiyasında hər üç komponent əksini tapıb. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi davam edir, ölkəmiz sosial dövlətdir və Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olub. Belə şəraitdə vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması daha çox asanlaşır və bu, Konstitusiya Məhkəməsinin işini daha da asanlaşdırır.

Konstitusiyaya əsasən, Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və onların layiqli həyat tərzinin təmin edilməsi olduğunu vurğulayan Z.Əsgərov bildirib ki, bu prinsiplərin cəmiyyətdə bərqərar olması hüquqi dövlət konsepsiyasının özünü doğrultmasını şərtləndirən amillərdəndir. Bu gün Azərbaycan bu reallıqlarla yaşayır. Konstitusiyamızda bu institutların təsbit olunması onu deməyə əsas verir ki, biz həqiqətən demokratiya yolundayıq. Azərbaycanın bugünkü inkişafı, ölkəmizdə Avropa yurisdiksiyasının tətbiqi və insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda qətiyyətli addımlar atmasının göstəricisidir.

Ötən 20 ildə Konstitusiya Məhkəməsinin üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirdiyini və dövlət orqanları sistemində özünəməxsus layiqli yer tutduğunu vurğulayan Ziyafət Əsgərov Azərbaycanda Konstitusiya nəzarəti orqanı ilə Milli Məclis arasında səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio yenidən ölkəmizdə olmaqdan və Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr edilən konfransda iştirakdan məmnunluğunu bildirib. Konstitusiya Məhkəməsinin əsas missiyasının Konstitusiyanın sabitliyini və qanunun aliliyini təmin etmək olduğunu vurğulayan qonaq Venesiya Komissiyasının Azərbaycan ilə bağlı qəbul etdiyi qərarlardan danışıb.

Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran C.Bukikkio bildirib ki, Konstitusiya Məhkəməsinin bir vəzifəsi də vətəndaşların hüquqlarının qorunması, onların ədalətsizlik halları ilə üzləşməsinə yol verməməkdir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan qanunun aliliyi beş əsas komponentdən ibarətdir. Belə ki, hüquqilik, müəyyənlik, sui-istifadə hallarının azaldılması, diskriminasiya və qərəzliliyə qarşı mübarizə və ədliyyəyə çıxış imkanı komponentlərinin hər biri hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət daşıyır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” proqramının rəhbəri Tomas Meyer Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra mühüm tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq, yubiley münasibətilə təbriklərini çatdırıb. T.Meyer bildirib ki, hazırda bəzi ölkələrin, o cümlədən Almaniyanın hüquq ictimaiyyətində Konstitusiyanın özünün də bir qanun olub-olmaması istiqamətində fəal müzakirələr aparılır.

İnkişaf etmiş ölkələrdə Konstitusiya Məhkəməsinin vacib rol oynadığını vurğulayan T.Meyer deyib ki, bu Məhkəmənin qəbul etdiyi qərarlar bir növ Əsas Qanunun mətninin ifadəsidir.

Konfransda “Hüquq bərabərliyini təmin edən səmərəli institusional mexanizmlər” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmiz üçün bir çox baxımdan əlamətdar olan 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Konstitusiya Məhkəməsinin 20 illik yubileylərinin qeyd edildiyini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb. O, Cümhuriyyətin demokratik prinsiplərə sadiq qalaraq bütün vətəndaşlar üçün təmin etdiyi hüquq bərabərliyi prinsipinin otuz il sonra BMT-nin insan hüquqları Bəyannaməsində əksini tapdığını qeyd edib.

Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil respublikamızın ilk Konstitusiyasının ümumxalq müzakirəsindən sonra qəbul olunduğunu vurğulayan E.Süleymanova Əsas Qanunun maddələrinin üçdəbirinin insan hüquq və azadlıqları ilə bağlı olduğunu qeyd edib.

Elmira Süleymanova bildirib ki, Konstitusiya Məhkəməsinin Əsas Qanunun, Konstitusiyanın və qanunların aliliyinin, hər kəsin hüquq və bərabərliyi prinsiplərinin bərqərar olunması sahəsində uğurlu fəaliyyəti ölkəmizdə bu sahələrdə əlverişli şərait yaradıb. Bu prinsiplər Ombudsman təsisatının da əsas hədəfləri arasındadır. Ölkəmizdə Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında formalaşmış konstruktiv əməkdaşlıq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində praqmatik mexanizm yaradıb. Ombudsmanın sorğuları əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar qanunun aliliyinin, insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına xidmət edir.

“Konstitusiya nəzarəti: Avstriya təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədri Bricit Birlayn çıxışında bildirib ki, müasir Konstitusiya məhkəmələrinin yaradılması prosesi əsasən İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət almağa başlayıb. Ötən müddət göstərib ki, Konstitusiya Məhkəməsinin normal fəaliyyəti demokratiya və qanunun aliliyi olmadan mümkün deyil. Konstitusiya Məhkəməsi həmişə konkret qaydalar üzərində və siyasi maraqları nəzərə almadan, qanunların uyğunluğunu təmin edən qərarlar qəbul edir. Məhz bu prinsip – Konstitusiya Məhkəməsinin siyasi amilləri deyil, sırf qanunların uyğunluğunu əsas götürərək qərarlar qəbul etməsi insanların Konstitusiya Məhkəməsinə daha çox inanmağa başlamasına səbəb olub.

Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Maseykova “Konstitusiya ədalət mühakiməsinin bəzi məsələləri” adlı məruzəsində Azərbaycan ilə Slovakiya arasındakı dostluq münasibətlərinə toxunub. Bildirib ki, hər bir ölkədə Konstitusiya məhkəmələri ilə bağlı müəyyən tənqidlər səslənir və bu da adi haldır. Çünki Konstitusiya məhkəmələri hər hansı boşluqda fəaliyyət göstərmirlər. Lakin bu tənqidlər real faktlara və əsaslandırılmış hüquqi mövqeyə sahib olmalıdır. Tənqidin qəbul edilən qərarların deskriditasiyası üçün əsas yaratmadığını deyən qonaq məhkəmə qərarlarının tənqid olunmasının həmin qərarların xarakterindən irəli gəldiyini bildirib.

Konstitusiya Məhkəməsinin fəaliyyətində balanslaşdırmanın əhəmiyyətindən danışan Slovakiya Konstitusiya Məhkəməsinin sədri Əsas Qanunun yaradılması prosesindən, Konstitusiya məhkəmələrinin normal fəaliyyəti üçün vacib olan tələblərdən danışıb. Qonaq çıxışının sonunda yubiley münasibətilə təbriklərini çatdıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan sonra da düzgün və keyfiyyətli qərarlar qəbul etməyi arzulayıb.

 “Müasir hüquqi dövlətin inkişaf prosesində Konstitusiya ədalət mühakiməsi” mövzusunda məruzə ilə çıxış edən Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç ölkəsində Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışıb, hüquqi dövlətin Konstitusiyada əksini tapan dəyərlər və prinsiplər əsasında formalaşdığını bildirib. Konstitusion dəyərlərin bərabərliyinin cəmiyyətdə sabitliyə mühüm töhfə olduğunu diqqətə çatdıran P.Miklaşeviç Belarusun demokratik, sosial-hüquqi dövlət olduğunu vurğulayaraq, müasir dövrdə konstitusion dəyərlərin yeni məna daşıdığını diqqətə çatdırıb.

Hazırda hüquqi dövlətin fəaliyyətindən danışan P.Miklaşeviç qloballaşma dövründə konstitusion prinsip və dəyərlər baxımından yeni tendensiyaların yaranmasına toxunub. O, həmçinin Konstitusiya məhkəmələrinin formalaşdırdığı hüquqi mövqelər, qanunun aliliyi, milli maraqlar nəzərə alınmaqla Konstitusiya uyğunluğunun qorunub saxlanılmasının vacibliyi məsələlərinə dair fikirlərini bildirib, Konstitusiya Məhkəməsini Əsas Qanunun orbiti adlandırıb.

Monteneqro Respublikası Konstitusiya Məhkəməsinin sədri Draqolyub Draşkoviç “Monteneqro Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya asayişinin və insan hüquq və azadlıqlarının müdafiəçisi kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Konstitusiya və qanunun hökmlərinin yerinə yetirilməsi baxımından Monteneqro Konstitusiya Məhkəməsi tam səlahiyyətli ali məhkəmə orqanıdır. Konstitusiya Məhkəməsinin dövlət hakimiyyətində mühüm yer tutduğunu vurğulayan D.Draşkoviç Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı ölkəsinin təcrübəsini bölüşüb.

Konfransda “Nəzəriyyədə və məhkəmə konstitusionalizmi təcrübəsində dəyərlər: əsas ölçülər və prioritetlər” adlı məruzə ilə çıxış edən Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Nikolay Bondar yubiley münasibətilə Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorqinin təbriklərini çatdırıb. N.Bondar müasir konstitusionalizmin ziddiyyətli tendensiyalarının olması ilə yanaşı, bu sahədə ənənələrin də mövcudluğunu qeyd edib. Qonaq bir çox ölkələri eyni konstitusiya hüquqlarının birləşdirdiyini deyərək buna görə qarşıda duran vəzifələrin də eyni olduğunu vurğulayıb. O, müxtəlif ölkələrin konstitusion sistemlərində optimal qərarların fərqliliyi ilə bağlı məsələyə münasibət bildirərək bərabərliyin əksikliyindən danışıb, hüquqi sistemdə Konstitusiya Məhkəməsinin rolunun artmasının əhəmiyyətini qeyd edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının implementasiyasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu” adlı məruzəsində bildirib ki, Avropa Konvensiyasının implementasiyası milli məhkəmələrin iştirakı olmadan mümkün deyil. Avropa Konvensiyasının mexanizmi subsidial xarakter daşıyır. Belə ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, ilk növbədə, dövlətlərin məsuliyyətidir və bu hüquqlar milli səviyyədə təmin olunmalıdır. Bu tələb bütün dövlət orqanlarına, xüsusilə məhkəmələrə aiddir.

Qeyd olunub ki, milli məhkəmələr, o cümlədən Konstitusiya Məhkəməsi tərəfindən Avropa Konvensiyasının və onun tərkib hissəsi olan Strasburq Məhkəməsinin presedent hüququnun tətbiqi Konvensiyanın implementasiyasında vacib rol oynayır. Son illər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin qərarlarına tez-tez istinadlar edir. Konstitusiya Məhkəməsinin öz qərarlarında Avropa Məhkəməsinin qərarlarına istinad etməsi Konvensiyanın implementasiyası və Avropa Məhkəməsinin qərarlarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Peter Pakzolay “Konstitusiya məhkəmələri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında dialoq” mövzusunda məruzə ilə çıxış edərək ölkələrin Konstitusiya məhkəmələri ilə Avropa Məhkəməsi arasında dialoq prosesində Strasburq Məhkəməsinin rolunu xüsusi qeyd edib. Məcburi qərarlarının icrası prosesinin bir neçə mərhələdə həyata keçirildiyini qeyd edən P.Pakzolay bildirib ki, Avropa Məhkəməsinin və Strasburq Məhkəməsinin qərarları ölkələr üçün subsidial xarakter daşıyır. Lakin dövlətlər qanun pozuntularının təkrarlanmaması üçün öz qanunvericiliklərində müəyyən düzəlişlər edə bilərlər. Çünki subsidiallıq dövlətlərə insan hüquqlarının pozulmasına qarşı səmərəli hüquq vasitələrinin təmin olunmasını tələb edir. Bu baxımdan Avropa Məhkəməsi ilə Konvensiyanı tətbiq edən məhkəmələr arasında səmərəli dialoq mühüm rol oynayır. Belə ki, yerli məhkəmələrin ölkə daxilində baş verən prosesləri daha yaxşı bilmələri bu əməkdaşlığın rolunu daha da artırır.

Konfrans işini davam etdirir.

11.41

İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan məktubunu oxuyub.

Sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək Konstitusiya nəzarəti orqanının fəaliyyətə başlamasından ötən 20 il ərzində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Konstitusiya Məhkəməsinin yaradılmasının hüquqi dövlət quruculuğu, sosial dövlət və vətəndaş cəmiyyəti prizmasından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, hüquqi dövlət quruculuğu prosesində mühüm əhəmiyyət daşıyan hər üç amil Konstitusiya nəzarət mexanizmini daha da asanlaşdırır.

Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio yenidən ölkəmizdə olmaqdan və Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunan konfransda iştirak etməkdən məmnunluğunu bildirib. Konstitusiya Məhkəməsinin əsas missiyasının Konstitusiyanın sabitliyini və qanunun aliliyini təmin etmək olduğunu vurğulayan qonaq Venesiya Komissiyasının ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlıq etdiyini deyib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" proqramının rəhbəri Tomas Meyer çıxışında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarları bir növ Konstitusiyanın mətninin ifadəsidir.

“Hüquq bərabərliyini təmin edən səmərəli institusional mexanizmlər” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Konstitusiya Məhkəməsinin 20 illik yubileylərinin qeyd olunduğunu vurğulayaraq bu münasibətlə təbriklərini çatdırıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında formalaşmış konstruktiv əməkdaşlıq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində praqmatik mexanizm təşkil edir.

Konfrans işini davam etdirir.

S.Xankişiyeva

 

Paylaş:
408

Son xəbərlər

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57
Bütün xəbərlər