Özünü güllələyən polis zabiti xəstəxanada öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü güllələyən polis zabiti xəstəxanada öldü

12:50 - 06 / 07 / 2018
Özünü güllələyən polis zabiti xəstəxanada öldü

İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib.

Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.

R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər.

S.Xankişiyeva

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər