Bakı-Quba yolunda təmir işləri aparılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Quba yolunda təmir işləri aparılır

13:27 - 09 / 07 / 2018
Bakı-Quba yolunda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci kilometrlik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər