BANM-da möhtəşəm sintez – VİDEO

Bakı Ali Neft Məktəbində keçirilən Məzun Günü maraqlı anlarla yadda qalıb.
1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, onlardan biri də Respublikanın Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental” ansamblının şotland musiqisinin ifaçısı İnnes Moirlə birlikdə Azərbaycan milli və klassik musiqisilə şotland etnik musiqisini sintez etməsi olub.
Gözəl ifa BANM-ın Məzun Günündə möhtəşəm ab-hava yaradaraq məzunların və qonaqların böyük marağına səbəb olub.
S.Xankişiyeva
568