Meteoroloqlardan xəbərdarlıq: temperatur 43 dərəcəyə qədər qalxacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: temperatur 43 dərəcəyə qədər qalxacaq

13:29 - 10 / 07 / 2018
Meteoroloqlardan xəbərdarlıq: temperatur 43 dərəcəyə qədər qalxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 11-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyyə edirik.

Azərbaycanın rayonlarında iyulun 11-də  hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42,  dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Eyni zamanda meteoroloqlar xəbərdarlıq edirlər ki, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə edilir.

Azərbaycanın rayonlarında iyulun 11-dən iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

Babək Cahandarov

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər