Gəncədə iğtişaşlarda şəhid olan polis əməkdaşları dəfn olundu – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə iğtişaşlarda şəhid olan polis əməkdaşları dəfn olundu – FOTO – YENİLƏNİB

14:10 - 11 / 07 / 2018
Gəncədə iğtişaşlarda şəhid olan polis əməkdaşları dəfn olundu – FOTO – YENİLƏNİB

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başlayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

S.Xankişiyeva

 

Paylaş:
670

Son xəbərlər

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir11 / 05 / 2024, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO11 / 05 / 2024, 17:55Azərbaycanda zəlzələ olub11 / 05 / 2024, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib11 / 05 / 2024, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir11 / 05 / 2024, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 311 / 05 / 2024, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQ11 / 05 / 2024, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil11 / 05 / 2024, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir11 / 05 / 2024, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir11 / 05 / 2024, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir11 / 05 / 2024, 15:27Bakıda mənzildə meyit tapılıb11 / 05 / 2024, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - Prezident11 / 05 / 2024, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib11 / 05 / 2024, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir11 / 05 / 2024, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək11 / 05 / 2024, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar11 / 05 / 2024, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb11 / 05 / 2024, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilib11 / 05 / 2024, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür11 / 05 / 2024, 13:25
Bütün xəbərlər