Bakıda dəhşətli qəza: ölən və yaralananlar var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var – FOTO

10:52 - 12 / 07 / 2018
Bakıda dəhşətli qəza: ölən və yaralananlar var – FOTO

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.

1news.az-a Qaradağ  rayon polis şəbəsindən verilən xəbərə görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində “90-OJ-802” dövlət qeydiyyat nişanlı yük maşını “10-TF-383” dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.

S.Xankişiyeva

Foto: Elxan Qəniyev

 

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər