Azərbaycanın füsunkar iş xanımı İlahə Hacıyeva – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın füsunkar iş xanımı İlahə Hacıyeva – FOTO

13:00 - 12 / 07 / 2018
Azərbaycanın füsunkar iş xanımı İlahə Hacıyeva – FOTO

Hazırki mətn reklam hüququndadır, 1news.az redaksiyası tərəfindən yazılmayıb və ilkin formada təqdim olunub.

Hər zaman işi ilə adından söz etdirən, gözəllik industriyasında maraqlı və fərqli canlanma yaradan İlahə Hacıyeva iş xanımı olaraq da çox ilklərə imza atıb.

Biznes leydi (business lady) kimi tanınan İlahə xanım bu il uğurlu fəaliyyətinin 10 illik nəticəsi olaraq  “Ilaha Hajiyeva” brendini təqdim edib.

10 il əvvəl inamla çıxdığı bu yolda bu gün də möhkəm addımlayan gənc xanım nəinki Azərbaycanda, hətta ölkə hüdudlarını aşaraq dünyaca məşhurların sırasına qatıla bilib.

Potensialı onu qazandığı uğurlarla yetinməyərək daha böyük nailiyyətlərə aparmaqdadır. Buna nümunə kimi İlahə xanım tərəfindən şəxsən təşkil olunan və beynəlxalq standartlara uyğun həyata keçirilən görüşlər, tədbirlər göstərilə bilər. Bundan başqa o, öz peşəkar keyfiyyət və təcrübəsini həmkarları ilə bölüşərək xarici və yerli make up sirrlərinə yiyələnmək istəyən hər kəs üçün mütəmadi seminarlar təşkil edir və onlara güclü motivasiya olur.

Heç də təsadüfi deyil ki, istər ölkəmizdə,  istərsə də xaricdə maraqla qarşılanan “Ilaha Hajiyeva” eksklüziv fırçalar seriyası və taxma kipriklər məhz onun brendi ilə bağlıdır.

Uğuru ilə bağlı sevincini bölüşən İlahə xanım:

“Heç kimə sirr deyil ki, bütün dünya səviyyəli vizajistlər öz dəsti-xəttlərini əks etdirən məhsullar istehsal edir və çox şadam ki, Azərbaycanda bunu ilk dəfə məhz mən etmişəm. Daha bir qürürverici məqam da odur ki, mənim təqdim etdiyim məhsullar nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda da uğurla istifadə olunur. İstehsal etdiyim məhsullardan yalnız müsbət rəylər alıram” – deyərək işinə vurğunluğunu bir daha sübut edib. 

“Ilaha Hajiyeva” brendi ilə daim xanımları sevindirməyə söz verən İlahə xanıma bundan sonrakı iş fəaliyyətində daha böyük uğurlar arzulamaq olar. Həmçinin, bundan sonra da işləri ilə gözəllik indrustriyasındakı boşluqları doldurmağa davam etməyi diləmək olar.

İlahə Hacıyevanın vizaj studiyasının fəaliyyəti haqqında daha ətraflı məlumatları Instagram və Facebook sosial şəbəkə səhifələri vasitəsilə əldə edə bilərsiniz:

https://www.instagram.com/ilahahajiyeva/

https://www.facebook.com/ilahahajiyevamakeupstudio/

Ünvan: Afiyəddin Cəlilov 26 (Megafun Əyləncə Mərkəzinin yanı)

Telefon: (+994 50) 477 99 69

 

 

 

Paylaş:
4232

Son xəbərlər

Bütün xəbərlər