Marketə gedərkən özünüzlə çanta aparırsınızmı? – SORĞU | 1news.az | Xəbərlər
Cəmiyyət

Marketə gedərkən özünüzlə çanta aparırsınızmı? – SORĞU

13:36 - 13 / 07 / 2018
Marketə gedərkən özünüzlə çanta aparırsınızmı? – SORĞU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər şurasının üzvləri və AMEA-nın Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə əhali arasında, o cümlədən AMEA-nın elmi işçiləri ilə polietilen paketlərin istifadəsinə dair sorğu keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sorğunun nəticələrinə əsasən qadınların cəmi 7,9 %-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da Sovet dönəmində mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını almasını göstərir.

Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6%, kişilərdən 91,8%-nin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya sahibdirlər.

Sorğuya əsasən qadınların 88,2%-i, kişilərin isə 90,4%-i eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.

Dünya iqtisadiyyatında belə bir ifadə var: “mənfəətini güdməyən sahibkar- sahibkar deyildir”. Hər bir market sahibi təbii ki, bu ifadəyə istinadən öz işini qurur və alıcıya “havayı” kimi təqdim olunan sellofan paketlərin dəyəri əslində satışa qoyulan hər bir məhsulun üzərinə hesablanır. Keçirilən sorğuya əsasən qadınların yalnız 29,92%-i, kişilərin isə 43,84%-i bunu bilir.

Keçirilən sorğunun nəticəsindən belə qənaətə gəlmək olur ki, əhali polietilen paketlərin ətraf mühitə mənfi təsirini nəzərə alaraq Nazirliyin bu sahədə apardığı siyasəti dəstəkləyir.

Hər bir vətəndaş eko çantalardan istifadə etməklə, plastik tullantıların idarə olunması məqsədilə plastik butulkaların çeşidləndirmə kampaniyasına qoşulmaqla plastik çirklənmənin qarşısının alınmasına öz töhfəsini vermiş olar.

Unutmayaq, bu gün verdiyimiz hər bir qərar sabah özümüzə qayıdacaq, seçim bizə aiddir. Gəlin təmiz təbiətdə, təmiz gələcəkdə yaşamağı seçək.

1news.az

Paylaş:
427

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər