"Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib

14:03 - 16 / 07 / 2018
"Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: dini radikalizmlə mübarizə” adlı konfrans  keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, 22 iyul – Milli Mətbuat Günü münasibətilə təşkil olunan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı çıxış edərək radikal dini qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub. O, son günlər ölkədə bir qrup şəxsin təxribat törətməsindən və bəzi media nümayəndələrinin onların sosial şəbəkə üzərindən çağırışlarına qeyri-həssas yanaşmasından narahatlığını bildirib.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, bu gün sosial şəbəkələrdə Azərbaycandan 3 milyona qədər istifadəçi var və çox təəssüf ki, dövlətə qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər: “Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil. Mühüm layihə olan TANAP-ın həyata keçirilməsindən sonra bu hadisələrin baş verməsi insanı nələrisə düşünməyə vadar edir. Baş verən hadisələrin islam dini ilə əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışan insanlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qurublar”.

Deputat Fazil Mustafa dövlət-din münasibətlərinə toxunaraq bir sıra təkliflər səsləndirib. O, din mövzusunda bəzi məsələlərin mediada açıq qabardılmasını təqdir edərək bildirib ki, bununla mətbuat dini məsələyə diqqət və qayğı ilə yanaşan dövlətə dəstək vermiş olur.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bəyan edib ki, milli və dini vəhdət sabitliyin zəmanətidir: "Məhz buna görə qarşıdurma yaratmaq istəyənlər bu incə amili nəzərə alırlar, çünki ölkə olaraq bizim hazırda ən böyük sərvətimiz sabitliyimizdir. Sabitliyin isə əsas qarantı milli və dini vəhdətdir. Biz media olaraq bu vəhdətin təbliği üçün neyləməliyik? Medianın doğru məlumatlandırması üçün əsas məsələ informasiya təminatıdır. Ümumiyyətlə, son hadisələrlə bağlı informasiya təminatı yaxşı oldu. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı geniş müsahibələrlə hadisənin mahiyyəti barədə cəmiyyəti məlumatlandırdı”.

Mahirqızı qeyd edib ki, bəzən media prosesləri təqdim edərkən yanlış ifadələr seçir: “Məsələn, dindar-dövlət münasibətləri barədə danışmaq və ümumiyyətlə, bu cür təqdimat yanlışdır. Var din-dövlət münasibətləri və vətəndaş-dövlət münasibətləri. Dindar da vətəndaşdır və onu digərlərindən ayırmaq lazım deyil. Təxribat törədənlərin və terror törədənlərin isə ümumiyyətlə, dini kəsimə heç bir aidiyyəti yoxdur, onlar ekstremistlərdir".

Mahirqızının sözlərinə görə, Gəncə olayları da göstərdi ki, ölkədə yetkin media var. O, sosial şəbəkələrdə təxribat tipli çağırışlara toxunaraq bildirib ki, bunların çoxu xaricdən qaynaqlanır: “İki il əvvəl, aprel hadisələrində də gördük ki, sosial şəbəkələrdə saxta profillərlə edilən çağırışların ünvanları əsasən işğalçı ölkə ilə bağlıdır. İndi kim deyə bilər ki, sosial şəbəkələrin Azərbaycan seqmentində  təxribatçı paylaşımlar edənlərin çoxu başqa bir qonşu dövlətin emissarları deyil?”  

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, dünyada çox qəribə proseslər gedir və bu proseslərin heç biri müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir: “Həm ərəb baharları, həm rəngli inqilablar nəticə etibarilə müsəlman dövlətlərinin dağılmasına, əhalinin ölməsinə, ac susuz qalmasına, qaçqına çevrilməsinə səbəb olub”.

B. Sadıqov qeyd edib ki, bəzi qüvvələr islamın terror dini olduğunu, terroru ancaq islam dininə sitayiş edənlərin törətdiklərini sübut etməyə çalışırlar: “Din adı altında gizlənən ekstremist-radikal qruplar var. Bu qruplar Azərbaycanda da mövcuddur və zaman-zaman məqam tapan kimi, başların qaldırırlar. O insanlar ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar, onlar Azərbaycan dövlətinin, Azərbaycan xalqının düşmənləridirlər. Biz heç vaxt buna imkan verməyəcəyik. Sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bir neçə ay öncə Azərbaycanda prezident seçkiləri keçirildi və xalq orada öz sözünü dedi, dəstəyini ifadə etdi”.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və digərləri mövzu barədə fikirlərini bölüşüblər.

Konfransda dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-in üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.

Sonda dini mövzuları işıqlandıran bir qrup jurnalist mükafatlandırılıb.

1news.az

 

 

Paylaş:
465

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər