Xalq artisti görünüşü ilə gündəmdə – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti görünüşü ilə gündəmdə – FOTO

15:14 - 16 / 07 / 2018
Xalq artisti görünüşü ilə gündəmdə – FOTO

Son günlər etdirdiyi plastik əməliyyatlarla tez-tez gündəmə gələn Xalq artisti Amaliya Pənahovanın yeni fotoları yayılıb.

1news.az-ın Axşam.az-a istinadla verdiyi xəbərə görə, aktrisanın şəkillərini əməkdar artist Hüsniyyə Mürvətova paylaşıb.

A.Pənahovanın fərqli görünüşü yenə də diqqət çəkib. Belə ki, aktrisa bu dəfə başına papaq qoyub. Onun sosial şəbəkədə səhifələrdə paylaşılan şəkilləri müzakirələrə səbəb olub. Bir çoxları Pənahovanın başını keçəl etdirdiyini yazıb.

H.Mürvətova bildirib ki, fotolar Bakı Bələdiyyə Teatrının mövsümə vida münasibətilə keçirilən qonaqlıqda lentə alınıb. Məclis A.Pənahovanın bağ evində baş tutub.

S.Xankişiyeva

 

Paylaş:
1468

Son xəbərlər

Bütün xəbərlər