Bakıda stəkan oğrusu saxlanıldı

Hadisə Səbail rayonu, Fəvvarələr meydanı kimi tanınan parkda qeydə alınıb.
1news.az-ın verdiyi xəbərə görə, 10 min manat dəyərində 72 ədəd fəvvarə stəkanı oğurlanıb.
Səbail RPİ-nin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Qabil Kərimov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
S.Xankişiyeva
460