Tovuzda 3 ədəd partlamış hərbi sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 3 ədəd partlamış hərbi sursat tapılıb

09:14 - 19 / 07 / 2018
Tovuzda 3 ədəd partlamış hərbi sursat tapılıb

İyulun 18-də saat 16:54-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz şəhəri, F.Ələkbərov küçəsində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamış hərbi sursat (1 ədəd PQ-7L raketi, 1 ədəd 23 mm-lik zenit top mərmisi (BZT) və 1 ədəd 12.7 mm-lik patron) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış hərbi sursatların tapıldığı yerin ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1news.az

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər