18 yaşlı Nərgizin intiharı ilə bağlı təfərrüatlar - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

18 yaşlı Nərgizin intiharı ilə bağlı təfərrüatlar - YENİLƏNİB

16:47 - 19 / 07 / 2018
18 yaşlı Nərgizin intiharı ilə bağlı təfərrüatlar - YENİLƏNİB

Bakı şəhəri Yasamal rayonu ərazisində özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edən gənc qızla bağlı yeni təfərrüatlar məlum olub.

1news.az-a  Bakı Şəhər Prokurorluğunda verilən məlumata görə, istintaq intensiv şəkildə həyata keçirilib.

"Artıq müəyyən edilib ki, 18 yaşlı Nərgiz Vəliyeva cinayətin qurbanı olmayıb, o, özü  Yeni Yasamal qəsəbəsinə gəlib, A. Əhmədov küçəsində yerləşən binada intihar edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci ( "özünü öldürmə həddinə çatdırma") maddəsi ilə cinayət işi açılıb.

1news.az

11:07

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus binadakı intihar hadisəsi ilə bağlı yeni məlumatlar var. Qeyd edək ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

1news.az xəbər verir ki,  xəbər verir ki, intiharın baş verdiyi 24 B saylı binanın sakinləri hadisə ilə bağlı “Sputnik Azərbaycan”a yeni məlumatlar veriblər. Onların sözlərinə görə, “yoldan keçən”, “könlünə ölmək düşən” hər kəs bu binaya üz tutur: “Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır”.

Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: “Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, “İnşaatçılar” metrostansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb”.

“Qız yerə düşəndə əynində paltarının olmadığı görünsə də, görünür, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi” — deyə bina sakini bildiriblər.

Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti bir saata yaxın yerdə qalıb: “Heç kim üstünü örtmürdü. Camaat kiçik uşaqları ilə gəlib meyitə baxırdı. Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu”.

Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: “Binadakı mənzillər kimə gəldi, kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur”.

Binanın komendantı Toğrul Kətanov bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: “O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib”.

T.Kətanovun sözlərinə görə, bina iki ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: “Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq”.

Komendant, həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə, o, bu məsələlərə müdaxilə edə bilmir.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə isə, qız mənzildə tək olmayıb: “Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır”.

1news.az

 

 

 

Paylaş:
834

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər