Qızı ilə kirayə evdə yaşayan qadın ölüm ayağındadır – Köməyə Çağırış

Gəncədə tək qızı ilə kirayə tutduqları mənzildə yaşayan 70 yaşlı Bulur Məmmədova ölüm ayağındadır.
1news.az-ın məlumatına görə, kəskin ürək çatışmazlığından əziyyət çəkən yaşlı qadının vəziyyəti günü-gündən pisləşir. Həkimlər bildiriblər ki, yaxın vaxtda onun ürəyinə stimulyator qoyulmalıdır. Əks halda həyatını itirə bilər.
Qeyd edək ki, əməliyyat üçün 3 min manata yaxın vəsait tələb olunur. Bu pulu verməyə isə onun maddi imkanı yoxdur. Odur ki, xeyirxah insanlara üz tutan qadın onlardan yardım etmələrini xahiş edir. İnanırıq ki, belə xeyirxah insanlar tapılacaq və Bulur xanım yenidən öz sağlamlığına qovuşacaq. Allah şəfa versin!
1news.az
662