Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

17:31 - 20 / 07 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,

hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara çaylarında 30-70, Naxçıvan MR çaylarında isə 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma  müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6 sm azalma, Salyanda 2 sm artım qeydə alınıb, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il iyulun 20-də 320 sm), Şirvanda 147 sm (2017-ci il iyulun 20-də 165 sm), Salyanda 65 sm (2017-ci il iyulun 20-də 80 sm), Bankədə 171 sm (2017-ci il iyulun 20-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyulun 20-də 40 sm) təşkil edir.

1news.az

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər