Ailəsi ilə gəzintiyə çıxan qız sevgilisi ilə mərc edən oğlanın hücumuna məruz qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ailəsi ilə gəzintiyə çıxan qız sevgilisi ilə mərc edən oğlanın hücumuna məruz qaldı

18:10 - 20 / 07 / 2018
Ailəsi ilə gəzintiyə çıxan qız sevgilisi ilə mərc edən oğlanın hücumuna məruz qaldı

Dünən axşam saatlarında paytaxtın mərkəzində anası və bacısı ilə gəzintiyə çıxan qadın tanımadığı şəxsin hücumuna məruz qalıb.

Adının açıqlanmasını istəməyən zərərçəkmişin 1news.az-a verdiyi məlumata görə, hadisə Fəvvarələr meydanında baş verib.

Belə ki, anası və bacısı ilə evə qayıdan zaman 25-26 yaşlı gənc bir oğlan onlara yaxınlaşaraq “mən qız dostumla mərc gəlmişəm ki, sizə belə edə bilmərəm” deyərək əli ilə qadının üzünə vurub, sonra da gülməyə başlayıb. Bir az aralıda oturan dostları – bir oğlan və iki qız da ona qoşularaq gülməyə başlayıblar.

Nə baş verdiyini anlamayan qadın oğlandan hərəkətinə aydınlıq gətirməsini istəsə də, o, arxasını dönərək dostlarının yanına gedib. Bir qədər sonra isə eyni hərəkəti oturacaqların birində tək oturan yaşlı bir qadına qarşı da ediblər. Həmin qadın da qorxaraq tez oradan uzaqlaşmağa çalışıb.

Onunla bu cür kobud davranışı həzm edə bilməyən birinci qadın isə yaxınlıqdan keçən polislərdən kömək istəyib və polislərin köməkliyi ilə tərbiyəsiz dostlar saxlanılıb. Bu zaman saxlanılan qızlardan biri hay-küy salmağa başlayıb, hətta qarşı tərəfi təhqir etməkdən belə çəkinməyib.

Nəticədə polis əməkdaşları gəncləri polis bölməsinə aparıblar.

Görünür ya həmin gənclərin əxlaqlarında ciddi problem var, ya da nəyinsə təsiri altında olublar. Bunu isə polis araşdıracaq.

Məsələni diqqətdə saxlayacayıq.

1news.az

Paylaş:
969

Son xəbərlər

Bütün xəbərlər