Bakının bu ərazilərində su olmayacaq

Bu gün Bakının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədar Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik.
Babək Cahandarov
749