“Bakı-Dairəvi” avtomobil yolunda axşam saatlarınadək təmir işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı-Dairəvi” avtomobil yolunda axşam saatlarınadək təmir işləri aparılacaq

15:26 - 25 / 07 / 2018
“Bakı-Dairəvi” avtomobil yolunda axşam saatlarınadək təmir işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə “Bakı-Dairəvi” avtomobil yolunda bu gün saat 14:00-dan axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər