Kamran Əliyev: 28 vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: 28 vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib

10:24 - 25 / 07 / 2018
Kamran Əliyev: 28 vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib

Bu ilin I yarımilində Korrupsiyaya Qarşı Mabarizə üzrə Baş İdarəsi tərəfindən vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb.

1news.az xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin materialların 82-si üzrə cinayət işi başlanıb, 44 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Babək Cahandarov

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər