Korrupsiya ittihamı ilə axtarışda olan 9 nəfər məsuliyyətə cəlb olunub

Korrupsiya cinayətlərində təqsirli bilinən 57 şəxs barəsində axtarışa elan olunub.
1news.az xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, onlardan 36 nəfər beynəlxalaq, 21 nəfər isə yerli axtarışa verilib. Axtarışda olanlardan 9 nəfəri tutularaq məsuliyyətə cəlb olunub.
Babək Cahandarov
442