Xanlar Vəliyev: Gəncə hadisələri xarici xüsusi xidmət orqanlarının planlaşdırdığı cinayətdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanlar Vəliyev: Gəncə hadisələri xarici xüsusi xidmət orqanlarının planlaşdırdığı cinayətdir

16:13 - 26 / 07 / 2018
 Xanlar Vəliyev: Gəncə hadisələri xarici xüsusi xidmət orqanlarının planlaşdırdığı cinayətdir

İyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər". 

1news.az  APA-ya istinadla xəbər verir ki, bu sözləri Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bü təxribatların qarşısı sərt şəkildə alınıb: "Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, axtarışa verilib, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilində, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri cinayətlərdir. 

Bunlar adi cinayətlər deyil, ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb”.

1news.az 

 

 

 

 

Paylaş:
782

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər