Sayalı Sadıqova: Uşaqlarına gülüş doğuran, mənasız ad qoymaq istəyən valideynlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sayalı Sadıqova: Uşaqlarına gülüş doğuran, mənasız ad qoymaq istəyən valideynlər var

09:32 - 26 / 07 / 2018
Sayalı Sadıqova: Uşaqlarına gülüş doğuran, mənasız ad qoymaq istəyən valideynlər var

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdan sonra onların verilməsinə icazə verib:

"Bizə iki qıza Şeyla, Asenat, 1 oğlan uşağına isə Jiyan adının qoyulması üçün müraciət edildi. Bu adların tarixi kökünü axtardıq və məlum oldu ki, həmin adlar türk mənşəlidir və yazılı tarixi abidələrdə var. Buna görə də bu adların qoyulmasına icazə verildi".

S.Sadıqova bildirib ki, son dövrlərdə uşaqlara müəyyən adların qoyulması üçün imtina cavabının verildiyi hallar da çox olub.

Onun sözlərinə görə, son dövrlərdə Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adların qoyulmasına icazə verilməyib: "Bu adları qoymaq istəyənlər onların qədim dini adlar olduğunu əsas gətirirdilər. Bu adları Bakı və Bakıətrafı ərazilərdə yaşayanlar qız uşaqlarına qoymaq istəyiblər. Bundan başqa, komissiyaya müraciət edən Sevda adlı 18 yaşlı bir qız adını bəyənmədyini bildirərərək onu "Sevana" ilə əvəzləmək istədiyini açıqlayıb. Ona "Sevana" adının erməni adı olduğunu açıqlayandan sonra özü geri çəkildi. Bu yaxınlarda bir nəfər uşağına "Mio" adı qoymaq istəyirdi. Deyir ki, bu ad Amerika müğənnisinin adıdır. Ancaq bu ad bizdə necə səslənə bilər?! Ona görə də imtina cavabı verdik".

Komissiyaya hər ay 50-60 müraciətin daxil olduğunu açıqlayan S.Sadıqova bildirib ki, uşaqlarına gülüş doğuran, heç bir məna kəsb etməyən ad qoymaq istəyənlər bəzən bunun üçün sona qədər mübarizə aparacaqlarını da deyirlər:

"Amma onlar da məhkəmə və komissiya tərəfindən "yox" cavabını aldıqdan sonra geri çəkilirlər. Məsələn, uşağına "Keykül" adını qoymaq istəyən qadına başa salınsa da, 3 dəfə buna görə bizə müraciət edib və bu adı qoymaqda israrlı olduğunu söyləyib".

Komissiyanın sədr müavini onu da qeyd edib ki, təhsilli, ziyalı insanlar uşaqlarına ad qoymamışdan əvvəl çox düşünür, onun mənasına, yazılışının qısalığına baxırlar: "Ancaq müəyyən insanlar var ki, bunu düşünmürlər. Necə ad gəldi, qoymaq istəyirlər. Bizə deyirlər ki, mən bu adı yuxumda gördüm, yaxud qonşum mənə bu adı məsləhət bildi. Ancaq maarifləndirmə işlərinin nəticəsi də özünü göstərir. Artıq insanlar uşaqlarına "Ansambl" kimi adlar qoymurlar".

S.Sadıqova qeyd edib ki, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir .

S.Sadıqova bildirib ki, bəzi şəxslər uşaqlarına yaxsı səslənməyən nənə-baba adlarının da qoyulması üçün də müraciət edirlər: "Fırtına, Fəryad kimi nənə-baba adlarının qoyulmasının qarşısını almırıq. Amma biz belə adların qoyulması üçün müraciət edənlərə başa saldıqdan sonra onlar özləri bu adların qoyulmasından imtina edirlər".

S.Xankişiyeva

 

Paylaş:
461

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər