İşğal olunmuş Dağlıq Qarabağ Rusiyadan keçirilən qanunsuz silahların məskəni kimi – FOTO | 1news.az | Xəbərlər
Dünya

İşğal olunmuş Dağlıq Qarabağ Rusiyadan keçirilən qanunsuz silahların məskəni kimi – FOTO

12:11 - 27 / 07 / 2018
İşğal olunmuş Dağlıq Qarabağ Rusiyadan keçirilən qanunsuz silahların məskəni kimi – FOTO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti iyulun 23-də Avropadan silah təchizatı ilə bağlı geniş əməliyyat keçirib.

Saxlanılanlardan rus və əcnəbi istehsalı olan 400 adda odlu silah götürülüb. Bunlar arasında avtomatik silah, karabinlər, tüfənglər, tapançalar və revolverlər də var. Həmçinin müsadirə edilmiş silahlar arasında qumbaraatanlar və minaatanlar da var. Əməliyyat zamanı silah və döyüş sursatlarının müasirləşdirilməsi üzrə gizli emelatxana da aşkar edilib.

“Rusiyanın ətrafında bir neçə ölkə var. Bunlar ticarət zəncirinin son həlqəsi ola bilər. Buna tez-tez aşkar edilən tankəleyhinə və minatanlar təsdiq edir. Bu, Rusiyada istifadə olunması üçün diqqətçəkici məhsuldur. Lakin narahat yaxın xaricin “qara bazarlarında” isə tələbolunan məhsuldur”, - Rusiyanın “İqtisadiyyat bu gün” nəşri hərbi ekspert Andrey Koşkindən sitat  gətirir.

Nəşrin yazdığına görə, bu cür qaynar nöqtələrdən biri də, 25 ildən artıq Ermənistanın işğalı altında Azərbaycan toprağı olan Dağlıq Qarabağdır. Bu separtaçı rejim beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və nəzarət olunan ərazi deyil.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2015-ci ildə Dağlıq Qarabağdakı hazırki rejimin qondarma xarakterdə olmasını tanıyıb.

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ hazırda narkotiklərin becərilməsi və dövriyyəsi ilə bağlı regional mərkəzə çevrilib. Bununla bağlı hələ 2013-cü ildə BMT-nin İnkişaf Proqramı çərçivəsində narkotik təbliğatına qarşı milli ofisində bəyan edilib.

Qurum Dağlıq Qarabağda qanunsuz narkotik dövriyyəsinin Ermənistana gəlir gətirməsini, həmin gəlirlərin ekstremist qüvvələrin maliyyələşdirilməsinə yönəldilməsini, silahlı qruplaşma və silah alışına yönəltməsini də qeyd edib.

Həmçinin narkotik ticarətinin marşturu Dağlıq Qarabağdan keçməklə, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasına mane olur.

Dağlıq Qarabağın nəzarət olunan ərazi olmaması ilə bağlı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu məsələyə dəfələrlə toxunub.

Ötən ilin sonunda Z.Əsgərov bildirib ki, Dağlıq Qarabağ işğal altında olduğu üçün Azərbaycan həmin ərazilərə nəzarət edə bilmir, buna görə də həmin ərazidə narkotiklərin becərilməsi və qanunsuz dövriyyəsi, silah ticarəti aparılır.

Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov qeyd edib ki, Ermənistan narkotik ticarəti hesabına silahlanaraq, Azərbaycanın işğal altında olan topraqlarında inkişaf edir:

“Dağlıq Qarabağda silah və döyüş sursatları Azərbaycanın işğal altında olan topraqlarında  narkotiklərin becərilməsi və tansizit hesanbına əldə edilir. Bu gün narkotiklərin becərilməsi üçün yatırılan 1 dollar, ermənilərə 12 dolar mənfəət gətirir. Təsəvvür edin ermənilər Azərbaycanın işğal altında olan torpaqlarından nə qədər xeyir götürür”.

Bir neçə il öncə Vikiliksdən sızan məxfi məlumlar əsasında məlum oldu ki, İran Ermənistanın vasitəçiliyi ilə 2003-cü ildə raket və pulemyotlar əldə edib. Və bu silahlar İraqda Amerika əsgərlərinə qarşı istifadə olunub.  

Ermənilər tərəfindən işğal olunan Dağlıq Qarabağda digər qanunsuz fəaliyyət sahəsi də var, burada əsas sahələr dağ-mədən sənayesi və telekommunikasiya sektorudur.

Otellərin onlayn bron edilməsi üzrə məşhur Booking.com, İsveçrənin Comfone və Swisscom kimi telekommunikasiya şirkətləri, İngiltərənin Grand Thronton auditor şirkəti – bütün bunlar Dağlıq Qarabağda biznes aparan əcnəbi şirkətlərdir.

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycan qanunlarına, beynəlxalq hüquqazidd istənilən iqtisadi fəaliyyətin qadağan edilməsini dəfələrlə vurğulayıb. Əgər şirkət Azərbaycan tərəfinin sübutlarına anlaşılmazlıqla yanaşarasa və Qarabağda fəaliyyətlərini dayandırmazsa, həmin şirkətlər avtomatik olaraq “qara siyahıya” salınır.

Azərbaycanın XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Dağlıq Qarabağda beynəlxalq şirkətlərin qanunsuz fəaliyyətləri ilə yanaşı, Ermənistanın siyasi rəhbərləri də bu ərazilərdə saxta şirkətlər tərəfindən qanunsuz biznes aparır.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
979

Sizin üçün xəbərlər

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər