Xırdalanda ana və qızının oğurluğu kameraya düşdü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda ana və qızının oğurluğu kameraya düşdü – VİDEO

13:44 - 30 / 07 / 2018
Xırdalanda ana və qızının oğurluğu kameraya düşdü – VİDEO

Xırdalanda film kimi oğurluq kameraya düşüb. 

Milli.Az-a müraciət edən Rumiyyə adlı qadın həyatlarının təhlükədə olduğunu bildirib. Ana-bala olduğu iddia edilən iki qadının "peşəkar" oğurluqları qapıya yerləşdirilən kamera vasitəsi ilə anbaan qeydə alınıb.

Zərərçəkən polisin məsələni araşdırmaqdan imtina etdiyini bildirib:

"2 gün əvvəl axşam saat 9-da bizim hamımız evdə ola-ola mənzilin qapısının yanındakı şkafı açıb, oğurluq etdi 2 nəfər. Bəlkə də ana-bala idi. Polisə məlumat verilib. Lakin maddi zərər azdır deyib, polis işlə maraqlanmır. Gözləyirik hələ polisin gəlməyini. Əllərinə, sadəcə, drel keçib, onu aparıblar. Əlimizdə videogörüntülər var.

Oğurlanan drelin davasını çəkmirik. Evdə olduğumuzu bilə-bilə, səsləri eşidə-eşidə axşamüstü gəlib oğurluq edən biri, gecə gələr evimizdə xətər törədər bizlərə. Ondan ehtiyat edirik. Onların həm öyrədilmiş şəxslər olduğundan şübhələnirik. Çünki o evdə 2 aydır "remont" bitib, mənzil mansardadı. Ora da lift qalxmır. Bunlar binada cəmi 6 dəqiqə olub və maraqlıdır ki, necə ağıllarına gəlib ki, liftlə 10-cu mərtəbəyə qalxıblar. Oradan da 1 mərtəbə yuxarı qalxıblar. Əvvəl qapıya açar salırlar, açılmır. Qadın çantasından dəmir çıxarır. Ucunu əyir, "zamok"u 5 saniyə çəkmədən açır. Baxır, əlinə keçən dreli götürüb heç nə olmamış kimi uzaqlaşır, binadan gedirlər.

Biz 5 dəqiqə fərqlə əlimizdən buraxdıq. Belə professional "zamok" qıran qadının əminəm ilk oğurluğu da deyil".

Hadisənin anbaan görüntülərini təqdim edirik:

1news.az

Paylaş:
948

Son xəbərlər

Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18
Bütün xəbərlər