Görkəmli bəstəkar, Xalq Artisti Xəyyam Mirzəzadə vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Görkəmli bəstəkar, Xalq Artisti Xəyyam Mirzəzadə vəfat edib

21:18 - 30 / 07 / 2018
Görkəmli bəstəkar, Xalq Artisti Xəyyam Mirzəzadə vəfat edib

Azərbaycanın Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 31-də görkəmli bəstəkarla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub.

30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib.

1news.az

Paylaş:
914

Son xəbərlər

Bütün xəbərlər