Emin Ağalarova Xalq Artisti fəxri adının vəsiqəsi təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Ağalarova Xalq Artisti fəxri adının vəsiqəsi təqdim olunub - FOTO

13:09 - 31 / 07 / 2018
Emin Ağalarova Xalq Artisti fəxri adının vəsiqəsi təqdim olunub - FOTO

İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.

Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.

Emin Ağalarov Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülməsindən məmnunluğunu bildirib, yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O deyib ki, bir sənətçinin ala biləcəyi ən yüksək fəxri adlardan birinə layiq görülməsi onun üçün böyük şərəfdir.

“Jara” barədə danışan Emin Ağalarov bildirib ki, builki festivalın proqramı çox geniş oldu. Bir çox tanınmış artistlər özləri bu festivala qatılmaq üçün müraciət edirdilər. “Jara-2018” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Bakı sakinləri və şəhərin qonaqları üçün pulsuz konsert keçirildi. Bu konsert MuzTv-də canlı yayımlandı. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Bir gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Düşünürəm ki, həm tamaşaçılar, həm də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Moskvaya qayıdan kimi artıq növbəti “Jara”nın hazırlıqlara başlayacağıq. “Jara-2019” daha maraqlı və rəngarəng olacaq.

1news.az

 

Paylaş:
542

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər