Yeni stansiyalarda ən müasir qatarlar işləyəcək

Bakı Metropoliteninin inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Bu yaxınlarda qatarların təmir edilərək modernləşdirilməsinə yerli şəraitdə nail olmuşuq. Əvvəllər isə bunu ölkə xaricində edirdik. Bu da vaqonqayırma sənayesinin yerli şəraitdə inkişafına təkan verir. Eyni zamanda yerli şəraitdə beton blokların, beton yarımşpalların istehsalına başlamışıq. Ehtiyac yaranarsa digər müəssisələri də beton şpallarla təmin edə bilərik”.
B.Məmmədov yeni nəsil qatarların alınmasının davam edəcəyini də diqqətə çatdırıb:
“Tədricən köhnə qatarların müasir qatarlarla əvəz olunması işi aparılır. Buna 2015-ci ildən başlanılıb. Bir qatarın istismar müddəti təxminən 31 ildir. Bu müddət başa çatanda sonra köhnə qatarlar yenisi ilə əvəz olunur. Eyni zamanda yeni stansiyalar tikildikcə də ən müasir qatarların alınmasına zərurət yaranır”.
B.Cahandarov