Unibank-dan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-dan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq

15:00 - 31 / 07 / 2018
Unibank-dan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq

Unibank biznesə yeni başlayan hüquqi şəxslər üçün kampaniya keçirir.

Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər avqust ayı ərzində Unibank-da hesab açdıqları zaman, əksər bank xidmətlərindən pulsuz istifadə edə biləcəklər.

“Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev bildirib ki, məqsəd yeni biznesə başlayan iş adamlarına dəstək olmaqdır:

“Yeni biznesə başlayanda adətən qazanc çox olmur. Buna görə qərara gəldik ki, bank olaraq iş adamlarımıza dəstək göstərək,  iyulun 1-dən avqustun 31-dək yeni VÖEN alıb biznesə başlayan hüqüqi şəxslər üçün hesablaşma – kassa xidməti əməliyyatlarını pulsuz edək. Avqust ayı ərzində Unibank-da hesab açan yeni biznesə sahibi hüquqi şəxslər 2 ay ərzində konvertasiya, pul köçürməsi, valyuta köçürmələri komissiya xərclərindən azaddırlar. Filiallarda cari hesabdan pulun çıxarılması (1% vergi tutulması istisna) da komissiyasız olacaq. Kampaniya çərçivəsində hüquqi şəxslər üçün korporativ kartın xidmət haqqı da 1 il pulsuzdur. İnanırıq ki, bu kampaniya yeni biznes quran sahibkarlarımız üçün çox faydalı olacaq”.

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;

- Dünyanın istənilən yerindən hesabların məsafədən və təhlükəsiz idarə olunması imkanı;

- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkədəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırılması;

- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımi məbləğdə overdraftların ayrılması;

- Sənəd dövriyyəsinin minimuma endirilməsi;

- Unibank və e-Manat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri - Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır. 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank - biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank - Biznesinizə daimi dəstək!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

 

 

Paylaş:
490

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər