Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib – FOTO – YENİLƏNİB

15:50 - 02 / 08 / 2018
Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib – FOTO – YENİLƏNİB

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib.

Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

11:32

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.

1news.az  AzVision.az-ın məlumatına görə, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı. 

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.

1news.az

17:08 (01 avqust)

2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşüblər.

1news.az milli.az-a istinadla xəbər verir ki, hər iki gənc xanəndə dəhşətli qəza zamanı həlak olublar.

Mərhum gənc xanəndələrdən Miriyusif Mirizadə ailəli olub və bu yaxınlarda övladı dünyaya gələcək.

1news.az

 

Paylaş:
1067

Son xəbərlər

Bütün xəbərlər