Samsung AddWash – sadəcə paltar yumur, paltarları tər-təmiz edir
Paltaryuyan maşında paltar yumaqdan daha asan nə ola bilər?
Lakin bu, göründüyü kimi asan bir iş deyil. Belə ki, vaxtaşırı təmiz yuyulmamış paltarlarla qarşılaşırıq. Bu təkcə parçaya hopmuş ləkə deyil, yuyucu toz qalıqları da ola bilir. Paltaryuyan maşından əşyalarınızı toplayarkən, onlardan kəskin yuyucu toz qoxusunu hiss edə bilərsiniz.
Buna soyuq su, yetərsiz su təzyiqi və s. kimi bir çox amillər səbəb ola bilər. Lakin, keyfiyyətsiz yuyulan paltarların zərəri çox böyükdür ki, tərkibindən təmizləyici maddələr təmiz yuyulmadığı halda belə əşyalar tənəffüs yollarının bir çox xəstəliklərinə və allergiyalara gətirib çıxara bilir. Yalnız EcoBubble texnologiyası ilə təchiz olunmuş Samsung AddWash paltaryuyan maşınları ilə əşyalarda yuyucu toz qalaqlarını unutmaq olar.
Bu texnologiyalı maşınlar köpük generatoru ilə təchiz olunublar. Belə ki, yuma prosesi başladıqdan bir neçə saniyə sonra bu generator yuyucu tozu aktiv köpüyə çevirir. Hava və suyu daxilində toplayaraq, cihaz yuyucu vasitəni suda həll edir və onu köpüyə çevirir. Məsaməli quruluşu sayəsində yuma kamerasında geyim və baraban arasında köpük “yastığı” yaradılaraq paltarların təmiz yuyulmasına nail olunur.
Köpük parçanın dərinliklərinə daxil olaraq, çirki və ləkələri daxildən təmizləyir. EcoBubble texnologiyalı paltaryuyan maşınları yuyucu maddəni tam yumaqla yanaşı, hətta soyuq suda belə təmizliyə nail olaraq, elektrik enerjisinə qənaət etməyə imkan yaradır. Çirk və ləkələr parçaya əlavə təsirsiz yuyulub, təmizləndiyindən paltarlar forma və rəngini itirmədən daha uzunmüddətli, yeni kimi qalacaq.
Samsung AddWash paltaryuyan maşınlarının ən üstün xüsusiyyəti paltarların sonradan əlavə edilməsi üçün nəzərdə tutulan “qapıdır”. Əvvəllər unudulan paltarları gələn dəfəyə saxlamaq məcburiyyətində qalınırdısa, indi yuma prosesinin istənilən anında, sadəcə Pause düyməsini basaraq əlavə qapının köməyi ilə paltar əlavə etmək olar. Həmçinin, Samsung AddWash paltaryuyan maşınları inventer mühərrikləri ilə təchiz olunub. Bu mühərriklərin sayəsində paltaryuyan maşınlar daha sakit işləyir, həmçinin daha uzun istismar müddətinə malikdirlər.
Uzunömürlülük və yüksək işləmə gücü – bu texnologiyanın ən üstün cəhətləridir. Adi mühərrikdən fərqli olaraq inverter mühərrikləri maqnit ilə təchiz olunub, bu səbəbdən işləmə zamanı detalların köhnəlməsi və sürtülməsi aradan qaldırılaraq, səs və vibrasiya azaldılıb.
Qeyd etmək lazımdır ki, istehsalçı bu tip mühərriklərə 10 il zəmanət təqdim edir.
Samsung Add Wash paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.
Reklam hüququnda