Xankəndi və Şuşaya gediş haqqının qiyməti – SİYAHI

Tarif Şursının şəhərlərarası avtobuslarda gedişhaqlarının artırılması ilə bağlı qərarından sonra Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonları ilə bağlı yeni qiymətlər təsdiqlənib.
1news.az-ın verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova-Məmmədova məlumatına əsasən, Bakıdan işğal olunmuş rayonlara qədər gedişhaqlarını bu cür bildirib:
Şuşa – 404 kilometr – 9,7 manat;
Laçın – 434 kilometr – 10,4 manat;
Kəlbəcər – 439 kilometr – 10,5 manat;
Xankəndi – 389 kilometr – 9,3 manat;
Ağdam – 378 kilometr – 9,1 manat;
Cəbrayıl – 335 kilometr – 8 manat;
Füzuli – 437 kilometr – 10,5 manat;
Xocalı – 375 kilometr – 9 manat;
Zəngilan – 540 kilometr – 13 manat;
Qubadlı – 514 kilometr – 12,3 manat.
Xatırladaq ki, Tarif (qiymət) Şurası dünən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.
Qiymət tənzimlənməsi nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəldəcək - TƏHLİL
Metro və marşrut avtobuslarında gediş haqqı artırılıb
Tərcümə: S.Xankişiyeva