Gəncədə qız diri-diri yandırılıb? RƏSMİ AÇIQLAMA – VİDEO

Uşaqlara, əsəbi zəif olanlara videoya baxmaq tövsiyyə olunmur.
Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) bir sıra KİV-də naməlum şəxsin mağazaya daxil olaraq hicablı qıza benzin tökərək yandırması ilə bağlı yayılmış videoya açıqlama verib.
1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik İlham Babayev bildirib ki, bu hadisə nə Gəncədə, nə də ümumilikdə Azərbaycanda qeyd olunmayıb:
“Ümumiyyətlə bu hadisə Azərbaycanda baş verməyib. Bunu azərbaycanlılar şərh edir. Cinayətin Azərbaycanda baş verməsini təsdiqləmək yalandır”, - deyərək Nazirlik rəsmisi KİV-i yalan xarakterli məlumatları yaymamağa və bu cür hadisələri işıqlandırarkən daha diqqətli olmağa çağırıb.
S.Xankişiyeva
2232