Fransa səfirliyi yeni layihəyə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransa səfirliyi yeni layihəyə başlayır

09:51 - 02 / 08 / 2018
Fransa səfirliyi yeni layihəyə başlayır

Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu və Landmark Hotel Baku ölkənin parlaq sənətkarları ilə birlikdə yeni layihəyə başlayır.

1news.az-a Fransa səfirliyindən verilən məlumata görə, sevilən sənət adamları, otelin səmaya açıq terrasında sevimli fransız filmlərini nümayiş etdirərək öz təəssüratlarını bölüşəcəklər.

Lahiyənin birinci qonağı teatrda, kinoda və televiziyada bir sıra maraqlı və mürəkkəb rolları yaradan, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyevdir. O, M. Xanekenin «Məhəbbət» («Qızıl Palma Budağı», 2012) filmini qöstərəcək.

Giriş sərbəstdir
Film fransızca ingilis altyazıları ilə nümayiş olunacaq Nümayiş avqustun 3-ü, saat: 19.30-da olacaq.

1news.az

Paylaş:
398

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər