Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkədə
Bütün abunəçilərini dünyanın istənilən nöqtəsində sərfəli mobil internetlə təmin etməyi qarşısına məqsəd qoyan Azercell Telekom öz vədinə sadiq qalaraq təklif etdiyi internet rominq paketlərinin coğrafiyasını genişləndirir.
Artıq Azercell abunəçiləri daha 34 Avropa, ABŞ və dünyanın digər ölkəsində sərfəli mobil internet xidmətlərindən faydalana bilər.
Cari ilin iyul ayının əvvəlində Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni İnternet Rominq Paketlərini təqdim edib. Şirkətdən verilmiş rəsmi məlumata əsasən, Azercell abunəçilərinə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təmin etmək məqsədilə tədricən səsli rabitədən mobil internet rabitəsinə keçid davam edir.
Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi geniş yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən ümumiyyətlə istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.
Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:
- Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)
- Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)
- Sadəlik (sadə və anlaşılan qiymətlər).
Azercell rominq həlləri sahəsində rahat və sərfəli təkliflər təqdim etməkdə davam edir. İndi isə Azercell müştərilərinə cəmi 19.90 manata dünyanın 44 ən çox səfər olunan ölkəsində 14 təqvim günü ərzində istifadə edilə bilən 1GB həcmində rominqdə internet paketini təqdim edir.
Azercell bütün abunəçiləri üçün rominqi daha cəlbedici etməyə çalışır və bu məqsədlə əlverişli həllər təklif etməkdə davam edir ki, yüksək keyfiyyətli mobil internetə çıxış, hətta, xaricdə belə daha münasib olsun.
Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Reklam hüququnda