STAR Neft Emalı Zavoduna ilk neft  yükü olaraq Azərbaycan nefti gətirildi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

STAR Neft Emalı Zavoduna ilk neft  yükü olaraq Azərbaycan nefti gətirildi - FOTO

21:50 - 03 / 08 / 2018
STAR Neft Emalı Zavoduna ilk neft  yükü olaraq Azərbaycan nefti gətirildi - FOTO

SOCAR  tərəfindən 6.3 milyard dollarlıq investisya ilə  qurulan STAR Neft Emalı Zavoduna   80.000 tonluq ilk xam neft yükü Azərbycandan  gəldi.

SOCAR TURKEY ENERJİ-dən verilən məlumata əsasən, fəaliyyətə başlama ərəfəsində  olan zavodda açılış tarixi - oktyabr  ayına qədər  sınaq məqsədi ilə  emal  həyata keçiriləcək.

SOCAR Türkiyənin Baş Direktoru (CEO) Zaur Qəhrəmanov bildirdi ki, STAR NEZ –ə ilk xam  neftin SOCAR-ın vətəni olan  Azərbaycandan gətirilməsi böyük məna ifadə etməkdədir.

SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisiya ilə qurulan STAR NEZ, Türkiyədə özəl sektor tərəfindən edilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə ilk test emalını  həyata keçirməyə başladı. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə  80.000 tonluq ilk xam neft 244 metr uzunluğundakı Abşeron tankeri ilə gətirildi. Bu ilk xamneft SOCAR-ın vətəni Azərbaycandan gələn Azerilight oldu.

İlk xam neftin  gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən SOCAR Türkiyənin Baş Direktoru  Zaur Qəhrəmanov, bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu  bir şəkildə davam etdiyini qeyd etdi.

Həmçinin Qəhrəmanov, bildirdi ki, “Dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR,  bir çox ölkədə fəaliyyətlərini davam etdirir. Bu ölkələr arasında Türkiyə, bizim  üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq  Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəceyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan hökümətlərinə də buradan təşəkkürlərimi bildirirəm”.

Onu da qeyd etmək lazımdır ki, SOCAR Türkiyənin hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və  Türkiyənin ilk neft-kimya təsisi Petkimin xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da  töhvə verəcək. Layihənin həyata keçirilmə müddətində 19.500 içşi sayına sahib zavod, İstehsala başladığında 1100 nəfərlik yeni iş yeri təmin edəcəkdir.

1news.az

Paylaş:
832

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər