Azərbaycan Beynəlxalq Bankı VISA kart sahibləri üçün yeni stimullaşdırıcı lotereyaya start verdi
Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün xoş sürpriz həyəcanı davam edir. Bank yeni stimullaşdırıcı lotereya kampaniyasına başlayıb.
Kampaniyada iştirak şərtləri belədir:
- Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının VISA plastik kartları ilə xarici ölkələrdəki POS-terminallarda ən azı 100 manatlıq ödəniş etmiş müştərilər, eləcə də xarici ölkələrə məxsus internet səhifələrində ən azı 100 manatlıq ödəniş etmiş müştərilər hər 100 manatlıq ödənişə görə 1 uduş şansı qazanacaqlar.
Məsələn, əgər müştəri bankın VISA plastik kartı ilə bu qaydada 430 manatlıq ödəniş etmişsə, onun lotereyada 4 uduş şansı olacaq. 100 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanmır və bir dəfəyə ödənişi 100 manata çatmayan müştərilər kampaniyada iştirak etmir. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarından istifadə edərək uduş şanslarını istənilən sayda artıra bilər.
Lotereya kampaniyası 01 avqustdan 15 sentyabra qədər davam edəcək.
Uduş fondu 25 sentyabr 2018-ci il tarixində bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 50 iştirakçı 100 manat, 30 iştirakçı 300 manat, 15 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “iPhone 8”, daha 2 qalibinə “iPhone X” smartfonları hədiyyə veriləcək. Birinci yerin qalibi isə Azərbaycan Beynəlxalq Bankından 5000 MANAT HƏDİYYƏ qazanacaq.
Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Reklam hüququnda