Bir əlində təsbeh, bir əlində sükan – FOTO

Bakı küçələrində birində maraqlı məqam ortaya çıxıb. Belə ki, Opel (99-KA-518 dövlət nömrə nişanlı) markalı avtomobilin sürücünün davranışı olduqca qəribədir.
1news.az-ın verdiyi xəbərə görə, sürücü bir əli ilə sükandan tutaraq maşını idarə etdiyi halda, digər əli ilə yarım metrəlik təsbeh oynadıb.
Məsələ ilə bağlı 1news.az-a Bakı Şəhər Baş Polis İdarəsi şərh verib ki, bu cür hallarla bağlı qanunvericilikdə cəza öz əksini tapmayıb. Lakin sürücü avtomobilə məsuliyyətlə yanaşaraq sükanı iki əli ilə tutmalıdır.
Narkotik istifadə edən daha bir avtobus sürücüsü həbs edildi – FOTO
Bakı metrosunda qəribə hadisə: maşinist qapıları tez açıb – VİDEO
S.Xankişiyeva
1513