Təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək
Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən 1news.az-a verilən xəbərə görə, qəbul avqustun 13-də saat 10:00-da şəhərin Ədəbiyyat Muzeyində başlayacaq.
Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinləri, o cümlədən bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 6-9 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.
1news.az
490