Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı – FOTO

11:51 - 06 / 08 / 2018
Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı – FOTO

Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulan qızı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakıda özəl xəstəxanalardan birində çalışan Əlizadə Türkiyə həkimlərinin qurduğu “Könüllülər dərnəyi”nin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi “Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə gedib. 

O, 25 ildir kor olan Xədicə Şəfahət adlı qadını müayinə edərkən gözündə katarakta (mirvari suyu) olduğunu öyrənib.

“Xədicə xanım gözləri görməyən uşağını əməliyyat üçün yanıma gətirdiyində qəribə baxdığını gördüm. Diqqətlə baxanda gözündə ağ katarakta olduğunu anladım. Xəstəni təcili əməliyyat edərək gözlərinə linza qoyduq. O, bir gün sonra gözlərini açanda qüsursuz şəkildə dünyanı, övladını, həyat yoldaşını görə bildi. İlk öncə ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə Mehriban Əlizadə bildirib.

1news.az

Paylaş:
757

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər