“Skytrax” AZAL-ın reytinqini növbəti dəfə təsdiq edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Skytrax” AZAL-ın reytinqini növbəti dəfə təsdiq edib

14:33 - 07 / 08 / 2018
“Skytrax” AZAL-ın reytinqini növbəti dəfə təsdiq edib

“Skytrax” “Azərbaycan Hava Yolları” QSC-nin “4 Ulduzlu aviaşirkət” reytinqini növbəti dəfə təsdiq edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısının “4 Ulduzlu aviaşirkət” reytinqini növbəti dəfə təsdiq edib.

S.Xankişiyeva

 

Paylaş:
473

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər