Qobustan qoruğuna gedən rusiyalı turist xəstəxanalıq oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustan qoruğuna gedən rusiyalı turist xəstəxanalıq oldu

15:13 - 07 / 08 / 2018
Qobustan qoruğuna gedən rusiyalı turist xəstəxanalıq oldu

Azərbaycana gəzməyə gələn Rusiya vətəndaşı qoruq ərazisində yıxılaraq xəsarət alıb. 

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda qeydə alınıb. 

Belə ki, Rusiya vətəndaşı, 1953-cü il təvəllüdlü Elana Andreyevna Maqina qoruq ərazisində gəzinti zamanı yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər