Bakıda ağacların dibindən götürülən nümunələrin analizinin nəticələri məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağacların dibindən götürülən nümunələrin analizinin nəticələri məlum olub

16:01 - 07 / 08 / 2018
Bakıda ağacların dibindən götürülən nümunələrin analizinin nəticələri məlum olub

Bakıda ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələri məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə, sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib. Faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, ETSN-ə Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olmuşdu. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunmuşdu. Sözügedən ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədi ilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilmişdi.

1news.az

Paylaş:
476

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər