Röya ilə Elnarə arasında yeni qalmaqal – FOTO – VİDEO
Əməkdar artist Röya Ayxan bu günlərdə “Mənə sevgindən bəhs et” adlı yeni mahnısını təqdim edib.
Mahnı ətrafında qalmaqal yaranıb. Belə ki, müğənni Elnarə Xəlilova Uitni Hyustonun “I have nothing” mahnısını paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını "Mənə sevgindən bəhs et"ə bənzədiblər. Hətta bəstəkar Muxtar Abseynov da ona "Mən bildim" şərhini yazıb.
Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib.
Xəlilovanın bu hərəkəti Röyanı özündən çıxarıb. O, bir vaxtlar yaxın rəfiqəsi olan, uzun müddətdir küsülü olduğu həmkarına velə cavab verib:
"Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsız. Sadə insanları maarifləndirməlisiz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür...
Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, "stildar", "bilikdar", peşəkar izləyicisiz. Onda elə çıxır ki CeyLonu dəvət edək sual verək ki, "Lambada"nı niyə öz mahnısına salıb oxudu? Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə bənzəməsi şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam?
Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə".
Uitni Hyustonun “I have nothing” mahnısı
Röya “Mənə sevgindən bəhs et”
S.Xankişiyeva