Azərbaycanda bəy toyda gəlini qaçırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bəy toyda gəlini qaçırdı

10:24 - 08 / 08 / 2018
Azərbaycanda bəy toyda gəlini qaçırdı

Tovuz rayonunda qeyri-adi toy mərasimi baş tutub.

1news.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, oğlan şərt qoyub ki, nə qız, nə də oğlan toyunda spirtli içki olsun. Qız toyu günü yemək masasında spirtli içki görən bəy gəlini aldatmağa qərar verib.

"Bəy gəlinə deyib ki, "gedək fotosessiya etdirək". Qız razılaşıb və çölə çıxanda oğlan onu qaçırıb" - deyə jurnalist yazıb.

Gəlinin ailəsi qızın geri qaytarılmasını və cehizlərin geri göndərilməsini tələb edib. Araya ağsaqallar girdikdən sonra məsələ həll edilib. Amma qız evi oğlan evi ilə münasibətə son qoyduqlarını və oğlan toyuna gəlməyəcəklərini bildiriblər.

1news.az

Paylaş:
1768

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər