Şəhid bacısı Paşinyanın arvadına cavab verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid bacısı Paşinyanın arvadına cavab verdi

12:38 - 08 / 08 / 2018
Şəhid bacısı Paşinyanın arvadına cavab verdi

Bir müddət öncə Bakıya təzyiq göstərməyin vacib olduğunu bildirən Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu gün fərqli açıqlama verib: “Peace...”

“Qadınlar sülh naminə” tədbirində çıxış edən zaman o, azərbaycanlı analara müraciət edib və riyakarcasına bəyan edib ki, Qarabağ münaqişəsinin necə başlaması heç bir əhəmiyyət kəsb etmir:

“Düşünürəm ki, münaqişənin necə başlaması vacib deyil. Əsas olan insan taleyidir, münaqişəyə görə canlarından keçən gənclərin həyatıdır. İstəyirəm ki, bu sözlərim Azərbaycana çatsın”.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, mesaj ünvanına çatdı... Qarabağ müharibəsində döyüşən iki qardaşın bacısı Paşinyanın arvadına cavab verib.

“Anna Akopyana müraciət etmək istəyirəm. Siz alnından güllə yarası alan üç yaşlı körpəsini əlində tutan ananın acısını təsəvvür edə bilərsiniz? Bilirsiniz ki, Xocalıda qətlə yetirilmiş azərbaycanlı qadın və uşaqların cəsədləri təhqir edilib?

Bununla bağlı videokadrlar, şəkillər var. Əgər Qarabağ münaqişəsinin necə başlamasının vacib olmadığını deyirsinizsə, bu məsələdən xəbərdarsınız. Əlbəttə, bu, sizin üçün vacib deyil. Çünki siz təcavüzkarsınız. Başqasının torpaqlarını işğal etmisiniz. Siz günahsız insanları öldürmüsünüz və öldürməkdə davam edirsiniz.

Siz sülh deyirsiniz? Torpaqlarımızın hələ də işğal altında olmasını nəzərə alsaq, hansı sülhdən danışmaq olar? Siz 27 il müddətində göz yaşları ilə oyanmanın nə olduğunu bilirsiniz? Xeyr. Amma mən bilirəm.

1992-ci il oktyabrın 18-də erməni işğalçıları Azərbaycanın Qubadlı rayonuna hücuma keçiblər. Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşım Rahim Xavər oğlu Alışov erməni gülləsinə tuş gəlib. O, mənim qollarında üç uşağını qoyaraq, vətən uğrunda şəhid olub.

Bu uşaqlar sizi necə bağışlaya bilərlər? “Google”da axtarış verin: “Balaca Zəhranın qətli” və başa düşəcəksiniz ki, sülhdən danışmaq sizin haqqınız deyil. Siz sülhdən danışırsınız, ancaq oğlunuz işğal etdiyiniz və Ermənistan silahlı qüvvələrinin vaxtaşırı dinc Azərbaycan kəndlərinə diversiya həyata keçirdiyi Qarabağ bölgəsində xidmət edir.

Qadın böyük qüvvədir. Yarımmistik ifadələr danışmaqdansa, blok yaradılması təşəbbüsü ilə çıxış edin: “Qarabağı qaytaraq və sülh şəraitində yaşayaq”. Əmin edirəm ki, Ermənistanda sizi dəstəkləyəcək çox sayda qadın və əsgər anası var...”

S.Xankişiyeva

 

 

Paylaş:
869

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər