Bakıda yaşlı qadına beşbarmaqla hücum edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşlı qadına beşbarmaqla hücum edilib

12:00 - 09 / 08 / 2018
Bakıda yaşlı qadına beşbarmaqla hücum edilib

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, 1969-cu il təvəllüdlü Osmatova Nəsibə Şah İsmayıl qızı "Memar Əcəmi" metrostansiyası istiqamətində gedərkən Cavadxan küçəsi, 29 ünvanında tanımadığı şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs əvvəlcə qadının üz nahiyəsinə soyuq silah hesab edilən beşbarmaqla zərbə vurub. Daha sonra o, N.Osmatovanın əl çantasını götürərək hadisə yerindən qaçıb.

Ağır xəsarət alan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb edilib.

Quldurluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlanılıb.

1news.az

Paylaş:
744

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər