Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb

14:37 - 10 / 08 / 2018
Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb

Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
480

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər