Sərhəd qoşunları təlimə başladı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhəd qoşunları təlimə başladı – FOTO – VİDEO

15:45 - 10 / 08 / 2018
Sərhəd qoşunları təlimə başladı – FOTO – VİDEO

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri birgə döyüş təlimlərinə start verib.

1news.az-ın verdiyi xəbərə görə, avqustun 10-da başlayan təlimlərin əsas məqsədi Azərbaycanın Xəzərdəki neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili səviyyəsni yüksəltməkdir.

Təlimlər zamanı dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi kimi məşqlər də keçiriləcək.

Bundan başqa, DSX-nin raket-artilleriya qurğularından atışların keçirilməsi nəzərdə tutulur.

S.Xankişiyeva

 

 

Paylaş:
2753

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər