MBNP: Dollar satışına heç bir limit qoyulmayıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bankların dollar satışına heç bir limit qoyulmayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatada bildirilib
“Banklarda dollar satışına limit qoyulması ilə bağlı palatadan heç bir göstəriş verilməyib. Məsələ qurum tərəfindən ciddi nəzarətə götürülüb. Vətəndaşlara da müraciət edilib ki, banklardan valyuta almaq istəyənlər limitlə üzləşdikdə dərhal məlumat versinlər. Elə bir ajiotaj da müşahidə olunmur. Rəsmi olaraq, dollar satışına limit MBNP tərəfindən qoyula bilər, amma Palata belə bir limit qoyulması barədə məlumat verməyib. Bankların kifayət qədər xarici valyuta ehtiyatları var”.
Qeyd edək ki, mətbuatda banklarda dolların satışına limit tətbiq edilməsi barədə məlumat yayılıb.
S.Xankişiyeva